İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Burkina-Fasoda törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub.
Yerli KİV-in yeydığı məlumatına əsasən, naməlum silahlı terrorçular Bittou şəhərinin Boulqou rayonundakı kluba basqın ediblər.
Hücum nəticəsində 4-ü müəllim olmaqla 6 mülki şəxs həyatını itirib.
Malidəki “Əl-Qaidə” və İŞİD-ə tabe olan terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.
Hökumətin verdiyi məlumata görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər törədilən hücumlarda 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 nəfər həlak olub.