IQNA

Maldiv adalarında milli Quran müsabiqəsinin açılışı olub

9:50 - December 25, 2022
Xəbər sayı: 3493466
Maldivdə Quran qiraəti müsabiqəsinin 35-cisi ölkə rəsmilərinin iştirakı ilə başlayıb.

"İQNA", "Raajje"-yə istinadən xəbər verir ki, bu ümummilli yarışma “Quran bayramı” adlanır. Cümə axşamı Maldiv adalarının vitse-prezidenti Feysal Nəsimin iştirakı ilə rəsmi olaraq start götürüb.

Açılış mərasimində çıxış edən vitse-prezident bildirib ki, hökumət Qurani-Kərimin və dini maarifləndirmənin genişləndirilməsinə böyük önəm verir.

Qurani-Kərimi əzbərləyən və tilavət edən uşaqların sayının artması və onların beynəlxalq yarışlarda iştirakına toxunan Nəsim Milli Qurani-Kərim Mərkəzinə, müəllimlər və valideynlərə təşəkkür edib.

O, hamını Qurani-Kərimi mümkün qədər çox oxumağa, onun mənasını öyrənməyə və Müqəddəs Kitabın göstərişlərinə əməl etməyə çalışmağa çağırıb.

35-ci Milli Quran tilavəti yarışmasında 1023 tələbə üç fənn üzrə yarışır.

4109051

captcha