IQNA

Əqidə prinsipləri; Tövhid / 8

Dinin mənşəyi haqqında yanlış fikirlərə cavab

10:42 - January 01, 2023
Xəbər sayı: 3493496
Materialist meyllər insan cəmiyyətləri arasında dinin mənşəyi haqqında təhrif olunmuş təhlillər təqdim etmişdir. Bu təhlillərdən birində qorxunun dinə və Allaha meylin amillərindən biri olduğu vurğulanır.

Tövhid, ağıl və fitrətdən irəli gələn dünyagörüşünü dərk edə bilməyən bəzi materialistlər demişlər: "Allaha imanın kökü qorxudur! İnsanın uşaq ikən ata-ana adlı sığınacağı olduğu kimi, yetkinlik çağında da özü üçün Allah adında sığınacaq yaradıb. Çünki insan güc və qüdrət baxımından məhduddur və hadisə və təhlükələr də çoxdur.

Bədbəxt və təhlükəli hadisələrlə - zəlzələ, şimşək çaxması və s. ilə qarşılaşan ilk insanlar xəyali bir sığınacaq tapmışlar. nə zaman qorxsalar, öz Tanrılarına sığınaraq narahat ruhlarını sakitləşdirmişlər. Deməli, Allaha imanın kökü qorxudur!

  Buna cavab olaraq demək lazımdır:

  Əgər Allaha imanın kökü qorxudursa, kim daha çox qorxarsa, onun imanı daha çox olmalıdır. Qorxu çox olan yerdə Allaha iman da çox olmalıdır.

  Allaha imanın kökü qorxudursa, qorxmayan insanların dini olmamalıdır! İnsanda qorxu hissi olmadığı hallarda, Allaha diqqət də olmamalıdır, bir halda ki, var.

  Dəyərli oxucunun ağlına belə bir sual gələ bilər ki, əgər Allaha imanın, dinə yönəlmənin mənşəyi qorxu deyilsə, bəs insan qorxanda niyə Allaha diqqət yetirir? Niyə xəstə əməliyyat otağına gedəndə, ya sürücünün maşını aşanda Allahı xatırlayır?

  Cavabında deyirik: Doğrudur, insan qorxduğu zaman Allaha tərəf gedir. Lakin bu o demək deyil ki, Allaha iman və dinə meylin kökü qorxudur. Əgər insan susadığı zaman suya əl atırsa, bu o demək deyil ki, su insanın zehni tərəfindən yaradılmışdır. Əksinə, bu o deməkdir ki, su mövcud reallıqdır və susuzluq bizi ona tərəf çəkir.

  İnsan ağlı dəqiq, incə və hesablanmış işləri görür və Uca Allahın varlığını dərk edir. Düşünür: Mən hal-hazırda ki, varam, özüm, özümü yaratmamışam. əks halda özümü daha güclü və gözəl yarada bilərdim və ya özümdə, başqalarında dəyişiklik edə bilərdim. Onlar mənim kimidirlər. Buna görə də bir qüdrət məni yaratmışdır. Bu fikir və qənaətə gəldikdə onun heç bir qorxusu yoxdur. Onun oyanmış ağlı və fitrəti onu Uca Allaha tərəf aparır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış " Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha