Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin on altıncısı keçirilib. O, burada “Şəxsi maraqlar və cəmiyyətin birliyini pozmaqdan” danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz:
Allah "Tövbə" surəsinin 54-cü ayəsində buyurur ki, bəzi insanlar tənbəlcəsinə namaz qılırlar: "Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir".
"(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah bunlarla onlara dünyada əzab vermək, kafir olaraq canlarını almaq istər" (Tövbə, 55). Haqqında qabaqkı bəhsimizdə izahat verilən müxalif qrup yaşayış tərzi ilə ciddi maddi mənfəət əldə edir. Eyni zamanda İslam cəmiyyətinin zərərlərinə şərik olmur. Nəticə odur ki, digərlərin ürəklərində süstlük yaranır ki, niyə onların bu qədər maddi imkanları var?
"Allah bunlarla onlara dünyada əzab vermək istəyir". Allah buyurur ki, ürəyini buz kimi saxla ki, bütün bu nemətlər sahibinə əzab mənbəyi olar. Belə insanlar dünyanı ölümlə itirirlər.
"(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir. (Tövbə, 56). Bu insanlar möminlərlə birlikdə olmadıqları halda, onlarla birlikdə olduqlarına dair and içirlər.
Ayənin "and içirlər" deməsindən məqsəd budur ki, onlar bu işlə səni inandırmaq istəyirlər. Yəni yalan danışdıqlarını heç vaxt zənn etməyəcəksən. Bunlar qrup qrupdurlar və daim həyatda pul ödəməmək üçün təhlükəsiz yer axtarırlar. Belə insanlar həmişə özlərini xilas etmək üçün qaçış yolu axtarırlar. Bəlkə də bu, onların dünya əzabının formalarından biridir. Bunlar şəxsi mənfəətlərini üstün tutduqları üçün İslam cəmiyyətinin birliyini pozan insanlardır. 4095726