IQNA

Dubayda 3D çap texnologiyasından istifadə etməklə dünyada ilk məscid tikiləcək

10:54 - January 14, 2023
Xəbər sayı: 3493559
Dubayın İslam İşləri və Xeyriyyə Fəaliyyətləri Departamenti Dubayda 3D çap texnologiyasından istifadə etməklə dünyada ilk məscid tikmək qərarını açıqlayıb.

"İQNA", "Rəyul-Yəvm"-ə istinadən xəbər verir ki, Məscid İşləri Departamentinin İcraçı Direktoru Məhəmməd Əl-Fəlasi dedi: "Müxtəlif sektorlarda süni intellektin istifadəsi üzrə qlobal dəyişikliklər bu məscidin 3D çap texnologiyası ilə tikilməsi ideyasının inkişafında əsas amil olmuşdur".

O, mətbuat konfransında bildirib: 3D çap texnologiyasında xammal komponentləri və sənaye əlavələri printerin elektron proqramlarına daxil edilmiş çertyoj və ölçülər əsasında qarışdırılır. Həmçinin binanın müxtəlif komponentləri birbaşa insan müdaxiləsi və ya beton qəliblərinin istifadəsinə ehtiyac olmadan hazırlanır.

O, hər çap üçün cəmi üç işçinin nəzərdə tutulduğuna, başqa bir printer əlavə olunarsa, məscidin tikintisinə cavabdeh olan işçilərin sayının altı işçiyə çatacağına diqqət çəkib.

Əl Fəlasinin sözlərinə görə, məscidin tikintisinə bu il başlanacaq və 2025-ci ilin birinci rübündə başa çatacaq. Məscidin tikinti komponentlərinin 3D çapının müddəti dörd ay davam edəcək və işlər 2025-ci ilin birinci rübündə başa çatacaq, 3D çapın müddəti isə dörd ay davam edəcək.

Bu məscidin tikintisinin dəyərinin adi tikinti qiymətindən 30% çox olacağı gözlənilir, çünki o, bu növün ilk nümunəsidir. Məscid binasının möhkəmliyinə 30 il zəmanət verilir. Bu məscidin tutumu 600 nəfərlik olacaq.

4114261

captcha