IQNA

İranın 39-cu Beynəlxalq Quran Müsabiqəsi başlayıb

10:39 - February 19, 2023
Xəbər sayı: 3493717
İran İslam Cümhuriyyətinin 39-cu beynəlxalq Quran yarışının açılış mərasimi şənbə günü axşam, fevralın ayının 18-i Peyğəmbərin (s) məbəsi ilə eyni zamanda İslam ölkələri sammitinin zalında keçirilib.

"İQNA", xəbər verir ki, fevral ayının 18-i saat 16:00-dan etibarən İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Qurani-Kərim müsabiqəsinin açılış mərasimi "bir kitab, bir ümmət" şüarı ilə keçirilib.

Xatırladılır ki, İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi İran və digər 33 ölkədən 52 təmsilçinin iştirakı ilə qadınlar və kişilər olmaqla iki kateqoriya üzrə keçirilir. Müsabiqə təhqiq və tərtil şəklində qiraət və bütün Quranı əzbərləmə sahələrində keçirilir. Bu yarışların ilkin mərhələləri virtual olaraq ötən aylarda 82 ölkədən nümayəndənin iştirakı ilə keçirilib.

Həmçinin İranın bu böyük Quran hadisəsinin qadın bölməsinin yarışları, 19 fevraldan 21 fevral tarixləri arasında hər gün saat 08:30-dan 12:00-dək keçiriləcək. Kişilər bölməsi isə həmin gün saat 15:00-dan 21:00-a kimi keçiriləcək.

4122846

captcha