"İQNA", xəbər verir ki, günorta saat 15:00-dan etibarən kişilər bölməsində yarışlar başlayıb. Bu bölmə üzrə müsabiqə günorta, günortadan sonra və axşam olaraq üç növbədə keçirilib.
Bu gün Qurani-Kərimin bütövlükdə əzbərlənməsi sahəsində beş nəfər, təhqiq qiraəti üzrə dörd nəfər və tərtil qiraəti sahəsində üç nəfər iştirak ediblər.
Bu günün yarışları İranın görkəmli qarisi Əli Qasimabadinin qiraəti ilə başlayıb. Daha sonra bu günün ilk iştirakçısı Qurani-Kərimin bütövlükdə əzbərlənməsi sahəsində pakistanlı Xalid Amir olub. Daha sonra iraqlı Fəllah Zəlif Atiyə təhqiq qiraəti sahəsində yarışıb. Günün üçüncü iştirakçısı Danimarkalı Hadi Səlamə qiraət sahəsində Allahın kəlamlarından ayələri oxuyub. Bundan sonra növbə Somalidən olan Səid Abdullah Baridə çatıb. O, Quranı əzbərləmək sahəsində müsabiqədə iştirak edib.
Digər müsabiqə iştirkçıları da növbə ilə yarışıblar.
Bu yarışlar çərşənbə axşamı fevralın 21-nə kimi davam edəcək. Bağlanış mərasimi çərşənbə günü fevralın 22-də İran prezidentinin iştirakı ilə keçiriləcək.
4122913