"İQNA", xəbər verir ki, 39-cu İran Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimi fevralın 22-i axşam İslam ölkələri rəhbərlərinin iclas zalında prezident Höccətül-islam vəl-müslimin İbrahim Rəisinin iştirakı ilə keçiriləcək.
Bu mərasim saat 18:30-da təhqiq qiraəti sahəsində bu müsabiqənin birinci şəxsinin qiraəti ilə başlayacaq. Sonra Vəqf və Xeyriyyə İşləri Təşkilatının rəhbəri Höccətül-islam vəl-müslimin Seyyid Mehdi Xamuşi bu yarış ilə bağlı hesabat təqdim edəcək.
39-cu Beynəlxalq Quran Müsabiqəsinin sənədli filminin yayımı, Quran qabaqcılı Hadi Ərzəmin rəhbərliyi ilə seçilmiş Əhli-Beyt Təvaşih qrupunun çıxışı və münsiflər heyətinin rəhbəri Abbas Səliminin münsiflər heyətinin bəyanatını oxuması bu mərasimin digər proqramları olacaq.
Bu mərasimin davamında bu müsabiqənin açılış mərasimində də çıxış edən Mədəniyyət və İslami İrşad Naziri bağlanış mərasimində də çıxış edəcək.
4123708