IQNA

İspan kilsəsi Kordova məscidinin islami kimliyini silməkdə ittiham edilir

11:36 - March 02, 2023
Xəbər sayı: 3493780
İspaniya Katolik Kilsəsi Kordova Böyük Məscidinin ortasında ziyarətçilər üçün xristian kökləri olan bir mərkəz yaratmaqla məscidin islami kimliyini silməkdə günahlandırılıb.

"İQNA", "Əl-Bəvabə"-yə istinadən xəbər verir ki, İspaniya Katolik Kilsəsi ziyarətçilər üçün Kordova məscidinin ortasında xristian mənşəli mərkəz yaratdıqdan sonra məscidin islami kimliyini silməkdə günahlandırılıb.

Bu mərkəz ifrat İslam baxışı deyilən şeyi düzəltmək məqsədi ilə yaradılmışdır.

Qranada Universitetinin sənət tarixi ustadı José Miguel Puerta dedi: "Kordovanın yəhudi və ya xristian keçmişini vurğulamaq onun İslam nişanələrinə zərər vermədiyi müddətcə yaxşıdır. Ancaq belə bir şey etmək də mümkün deyil".

Dünyanın ən məşhur İslam tikililərindən biri olan Kordova məscidinin əsası Əməvilər tərəfindən qoyulmuş və 8-10-cu əsrlərin sonları arasında bir neçə mərhələdə tikilmişdir.

Kordova yepiskopu Demetrio Fernandez 2017-ci ildə verdiyi müsahibədə məscidin xristian sənət əsəri olduğunu iddia edərək müsəlmanları qəzəbləndirmişdi.

4125424

captcha