IQNA

Xalqın köməyi ilə Bruneydə yeddinci məscidin tikintisinə başlanılıb

10:59 - March 04, 2023
Xəbər sayı: 3493790
Bruneydə yeddinci məscidin tikintisi məqsədi ilə başladılan kampaniya bu məscidin tikintisi üçün xeyli vəsait toplamağa nail olub.

"İQNA", "Borneo Bulletin"-ə istinadən xəbər verir ki, bu ölkənin yeddinci məscidi sayılan bu məscidin tikintisinə 469 min Bruney dolları (349 min dollar) məbləğində SMS kampaniyası vasitəsilə başlanılıb.

Bu vəsait 14 mart 2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək SMS kampaniyası zamanı yığılıb.

Bruneyin Dini İşlər Naziri Badruddin Osman, Bruney Darüs-Səlam məscidinin tikinti fondu üçün vəsait toplamaq komitəsinin rəhbəri kimi bu maliyyə ianələrini mərasim zamanı alıb.

Bu kampaniyada ictimai töhfələrlə yanaşı, biznes sahibləri də iştirak edib.

Bruney Cənub-Şərqi Asiyanın Borneo adasında yerləşir və onun 480 min əhalisinin təxminən 80%-ni müsəlmanlar təşkil edir.

4125490

captcha