IQNA

Yəməndə ilk əlyazma Quran sərgisinin açılışı olub

18:09 - March 19, 2023
Xəbər sayı: 3493885
Martın 18-də bu ölkənin paytaxtı Sənada “Kefl” İnkişaf Fondunun himayəsi ilə Yəmənin ilk Quran əlyazmaları sərgisi açılıb.

"İQNA", "Səbə Net"-ə istinadən xəbər verir ki, bu sərgi Yəmənin Ali Siyasi Şurasının üzvü “Məhəmməd Əli Əl-Husi” və Sənanın mərkəzi Məscidinin Kitabxanası, Yəmənin Mədəniyyət Nazirliyi nəzdindəki Əlyazmalar Mərkəzinin əməkdaşlığı, bu ölkənin Vəqf Baş İdarəsi və Quran Təhsili Xeyriyyə Dərnəyinin dəstəyi ilə Sənanın mərkəzi Məscidində açılıb.

5 gün davam edəcək bu sərgidə kağız üzərində yazılmış 39 Quran əlyazması və müxtəlif hicri əsrlərinə aid dəri üzərində yazılmış 26 Quran əlyazması yer alır ki, bu da yəmənlilərin Qurana diqqətini göstərir.

Həmçinin bu sərgidə Quran əlyazmalarının hicri təqviminin müxtəlif əsrlərində Yəməndəki təkamülü müxtəlif hissələrdə, o cümlədən Quranın xəttatlığı və ayələrin qızılı şəklində yazılmasında təsvir edilmişdir.

Sərginin direktoru Yasir Əbu Həmilə deyib: "Sözügedən sərgi yəmənlilərin dini kimliyini ifadə edir. Həmçinin Ramazan ayını qarşılamaq üçün və qərblilərin Qurani-Kərimi təhqir etmələrinə cavab olaraq keçirilib."

O əlavə edib: "Bu hadisə Quranın təhqir olunmasına əməli cavabdır. Habelə İslami müqəddəs şeylərin müsəlmanlar arasında məqamını gücləndirir və yəmənlilərin tarix boyu Quranla yaxın münasibətini göstərir."

Məhəmməd Əli Əl-Husi bu sərgini ziyarət edərkən, sərgidə təqdim olunan əsərlər haqqında məlumatlandırılıb. O, Quran xəzinələrinin qorunmasının vacibliyini vurğulayaraq deyib: "Bu sərgi Yəməndə mədəni irsin əhəmiyyətini və yerini göstərir."

4128986

 

captcha