"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki,
Tripolidəki İsmayıl ibn Əl-Əmin məktəbinin Quran əzbəri dərslərində uşaqlar və yeniyetmələr ənənəvi paltarlar geyinərək yerdə nizamlı cərgələrə düzülüb masalarının üzərinə eyni ölçülü Quranlar qoyur və ayələri ucadan oxuyurlar.
1967-ci ildə yaradılan bu məktəb hər yaşda olan liviyalı tələbələrin Qurani-Kərim və onun elmlərini əzbərləməsi üçün ən mühüm mərkəzlərdən biri sayılır.
İsmayıl ibn Əl-Əmin məktəbinin şagirdləri Qurani-Kərimi beş-altı yaşlarından öyrənməyə başlayırlar və Qurani-Kərimi tam əzbərləyənə qədər tədricən hərflərin tələffüzü, təcvid qaydaları və Quranın nəqli prinsiplərini öyrənirlər.
İsmayıl ibn Əl-Əmin Mərkəzinin rəhbəri Əbdül-Salam Əl-Zituni deyir: "Bu məktəbdə Qurani-Kərimin əzbərlənməsi üsulu lövhə yerinə dəftərdə ayələrin yazılması kimi bəzi dəyişikliklərlə ənənəvi üsulla eynidir".
O, sözünə belə davam etdi: "Birinci mərhələdə Qurani-Kərimi əzbərləməyə başlayan tələbə “Ər-Rişimə” adlı sinifə gəlir, burada hərfləri yazır və onların tələffüzünü öyrənirlər".
Əl-Zituni deyib: "Bu mərhələdən sonra şagird yerli termində “Molla” adlanan Qurani-Kərimi hərflə yazmağı öyrənir, sonra nəzərdən keçirmə və əzbərləmə mərhələsi başlayır".
4130597