IQNA

Aprelin 3-də Quran sərgisinin beynəlxalq bölməsi açılacaq

10:52 - April 03, 2023
Xəbər sayı: 3493950
Aprelin 3-də 30-cu Beynəlxalq Quran Sərgisinin beynəlxalq bölməsi Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Mehdi İsmaili və Mədəniyyət və kommunikasiya təşkilatının rəhbəri Höccətül-İslam Məhəmməd Mehdi İmanipur Tehranda İmam Xomeyni (r.ə) məscidində açılacaq.

"İQNA", Quran sərgisinin xəbər mərkəzinə istinadən xəbər verir ki, 30-cu beynəlxalq Qurani-Kərim sərgisi aprelin 1-də İmam Xomeyni (r.ə) məscidində “Səni çağırıram” şüarı ilə başlayıb. Aprelin 3-də də Quran sərgisinin beynəlxalq bölməsinin açılışı planlaşdırılır.

Quran sərgisinin beynəlxalq bölməsinin müavini Əbdür-Rza Sultani deyib: "Beynəlxalq Quran sərgisi aprelin 1-də başlayıb, lakin beynəlxalq bölmə aprelin 3-də Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Mehdi İsmaili, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının rəhbəri Höccətül İslam Məhəmməd Mehdi İmanipur və Mədəniyyət və Kommunikasiya Təşkilatının direktor müavini Hüseyn Ruzbehin iştirakı ilə açılacaq".

O əlavə etdi: "Beynəlxalq Əl-Mustafa (s) universiteti bu şöbənin Quran işlərini və “Nur” İnstitutu isə Quran proqramlarının işlərini həyata keçirəcək".

Soltani deyib: “Beynəlxalq” bölməsi Quran sərgisinin bölmələrindən biridir ki, İslam dünyasında “vəhdət” müzakirəsinə diqqət yetirir və ona təkid edir.

O deyib: "Sərginin beynəlxalq bölməsində öz sənət əsərlərini təqdim edən ölkələr arasında Hindistan, Pakistan, Tunis, Bosniya, Əlcəzair, İndoneziya, Tanzaniya, Keniya, Oman və Malayziya var".

4130940

captcha