"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, "Nant" komandasının futbolçusu Fransa Premyer Liqasında "Tuluza" komandası ilə oyunda komandanın köynəyində homoseksuallığı dəstəkləyən reklamlara görə oynamaqdan imtina edib.
Fransanın Nant klubu Mustafa Məhəmmədi bu hərəkətinə görə cərimə edib. Əl-Əzhər Ekstremizmə Qarşı Mübarizə Təşkilatı bundan sonra rəsmi açıqlamada Mustafa Məhəmmədin mövqeləri ilə həmrəy olduğunu açıqlayıb. Bu arada, Nant komandası bu misirli futbolçu üçün hər hansı maliyyə cəzasını rədd edib.
Bu təşkilat oyunçunun cərimə edilməsini pisləyib və elan edib ki, Avropada hamı azadlıq istəyir. Amma bu oyunçu sadəcə olaraq dininə, əxlaqına və insan təbiətinə zidd olan bir şeyi etməkdən imtina etdiyi üçün cəzalandırılır.
Əl-Əzhər Ekstremizmə Qarşı Mübarizə Təşkilatı, idmandan sui-istifadə edərək bu cür pis düşüncələri, əxlaqsız davranışları yaymaq fikrini pisləyib və vurğulayıb: "Bunlar söz və fikir azadlığı pərdəsi altında öz zəhərli fikirlərini yaymaq üçün stadionlardan sui-istifadə edənlərdir".
Bu təşkilat, bəyanatın sonunda hər bir komandanın və oyunçunun insan təbiətinə, dini inanclarına hörmət əsasında idman mühitinin yaradılmasını istəyib.
4142996