IQNA

Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

10:30 - June 17, 2023
Xəbər sayı: 3494337
Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Report

captcha