"İQNA", "Sputnik"-ə istinadən xəbər verir ki, bu ölkənin hakimiyyət orqanlarının islami müqəddəs yerlərə qarşı təhqiramiz hərəkətlərinin davamı olaraq, İsveç polisi Qurani-Kərimə hörmətsizlik etmək və yandırmaq məqsədi ilə növbəti toplantının keçirilməsinə icazə verib.
Bununla əlaqədar olaraq, İsveç polisi çərşənbə günü Stokholmdakı əsas məscidin qarşısında bəzi iştirakçıların Qurani-Kərimin nüsxəsini yandırması nəzərdə tutulan toplantının keçirilməsinə icazə verdiyini açıqlayıb.
İsveç mətbuatının verdiyi açıqlamaya görə, bu təxribatçı və dinə zidd toplantı zamanı İsveç polisi Qurani-Kərimi təhqir edənlərin təhlükəsizliyini təmin etməlidir.
Bir halda ki, iki həftə əvvəl İsveç məhkəmə sistemi Qurani-Kərimi təhqir edənlərə qarşı nümayişlərin keçirilməsinə icazə verilməsinə qarşı çıxıb.
İsveç hakimiyyəti daha əvvəl belə bir mərasimin keçirilməsinə icazə vermiş və bu, İslam ölkələrinin reaksiyası ilə qarşılanmışdı.
4151144