"İQNA", "TASS" xəbər agentliyinə istinadən xəbər verir ki, İsveçdə Qurani-Kərimin təhqir olunmasının geniş şəkildə pislənməsinə baxmayaraq, NATO-nun baş katibi Yens Stoltenberq bu anti-islam hərəkətini dəstəkləyib və bunu “ifadə azadlığı” adlandırıb.
O, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib: "İsveçdə Quranın yandırılması bu ölkənin NATO-ya üzv olmasına mane olmamalıdır".
O, ikitərəfli mövqedə bir tərəfdən müsəlmanların müqəddəs kitablarının yandırılmasını təhqiredici və etiraza səbəb olan bir hərəkət hesab etsə də, digər tərəfdən müstəqil hüquq sistemində bunun mütləq şəkildə qanunsuz olmadığını iddia edib.
NATO-nun bu yüksək rütbəli rəsmisi də İsveçdə Qurani-Kərimin yandırılmasını “qanunsuz” hesab etməyib və bunu ifadə azadlığının bir hissəsi hesab edib.
O, İsveçin NATO-ya üzv olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bildirib. İyulun 3-də İsveçin NATO-ya üzvlüyünü nəzərdən keçirməyə xatir çoxtərəfli görüş keçirmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətini açıqlayıb.
4151325