"İQNA", "Fələstin İnformasiya Mərkəzi"-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ankarada prezident sarayında görüşdən sonra Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla birgə mətbuat konfransında bildirib: "İki dövlətli həll regionda ədalətli və daimi sülhə nail olmaq üçün yeganə yoldur".
Ərdoğan əlavə edib ki, fələstinlilərin birliyi və razılığı indiki mərhələdə ən əsas və mühüm komponentlərdən biridir.
Abbasla görüşündə o, bir daha ölkəsinin Fələstin milli birliyinin reallaşması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Türkiyə prezidenti bəyan edib ki, 1967-ci il sərhədlərində BMT qətnamələri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması regionda sülh və sabitliyə nail olmaq üçün zəruri şərtdir.
Ərdoğan ölkəsinin Fələstin davasını ən yaxşı şəkildə müdafiə etməyə davam etdiyini və fələstinlilərin təhlükəsizliyini və rifahını gücləndirmək üçün hər cür səyi dəstəklədiyini vurğulayıb.
4158135