"İQNA", "Sputnik"-ə istinadən xəbər verir ki, Əl-Əzhər şeyxi Əhməd Ət-Tayib İranın Elmi Hövzələrinin müdiri Ayətullah Rza Ərafinin bir sıra Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasına qarşı mövqe tutmasını yüksək qiymətləndirib.
Əl-Əzhərin Şeyxi bu kontekstdə verdiyi bəyanatda qeyri-insani və mədəniyyətsiz Quran yandırma hadisəsinin dünyanın şərq və qərbində müsəlmanların ixtilaflarını aradan qaldırmaq və onların təhlükəsizliyini və müqəddəslərini hədəf alan problemlərə qarşı dura bilmələri üçün böyük bir motivasiya olacağına ümid etdiyini bildirib. Əl-Tayyib həmçinin dünyadakı İslam alimləri arasında din və məzhəb fərqlərinə baxmayaraq, birlik və vəhdətin əldə olunması, fitnə, təfriqə və ixtilaf amillərinin aradan qaldırılması üçün İslam dialoqu aparmaq əzmində olduğunu vurğulayıb.
O, həmçinin vurğulayıb ki, dini dəstəkləmək və təhqirlərlə üzləşmək missiyası çərçivəsində müsəlmanları və onların müqəddəslərini təhqir edənlərin davranışlarını daim nəzarətdə saxlayır.
Əl-Əzhər də bir daha bütün ərəb və islam xalqlarından Allahın kitabına kömək etmək və Quranı dəstəkləmək məqsədilə İsveç və Danimarka məhsullarını boykot etməyi istıyib.
Qeyd edək ki, Ayətullah Ərafi Qurani-Kərimin təhqir etdilməsindən sonra Əl-Əzhər Şeyxinə məktub göndərərək, tutduğu mövqeyə görə təşəkkür etmiş, İslam ölkələrindən İsveç və Danimarkaya qarşı ciddi addımlar atmasını tələb etmişdi.
4159565