IQNA

"Yang Han"; Çinin şimal-qərbində məscid

9:32 - August 06, 2023
Xəbər sayı: 3494561
PEKİN (IQNA) - Sincan əyalətində yerləşən Urumçi şəhərindəki "Yang Han" məscidi 19-cu əsrin son illərində tikilib. Bu günə qədər də Çinin şimal-qərbində və xüsusilə kişilər üçün ən böyük müsəlman məscidlərindən biridir.

"İQNA", "Sədyul-bələd"-ə istinadən xəbər verir ki,Yang Han məscidi Çinin Sincan vilayətinin Urumçi şəhərində 1898-ci ildə tikilmiş və 1919-cu ildə alman iş adamı tərəfindən təmir edilmiş ən böyük məscidlərdən biridir və bu səbəbdən onun şərəfinə "Yang Han" adlandırılıb.

5000 kvadratmetrdən çox ərazidə tikilmiş və 2000-dən çox ibadət yeri olan bu məscid xüsusi namazların, xüsusilə Qurban və Fitr namazlarının qılındığı yerdir.

Bu məsciddə qışda dəstəmaz almaq üçün isti su da daxil olmaqla bir çox xidmətlər var. Həmçinin bir neçə kondisioner var ki, onların vasitəsilə ziyarətçilərə lazımi sağlamlıq xidməti göstərilir. Digər tərəfdən, məscid yalnız namaz qılmağa və ya cümə xütbələrini dinləməyə gələn kişilərə məxsusdur.

Bu məscidin imam köməkçisinin sözlərinə görə, bu əyalətdə 390-a yaxın məscid var.

4160234

captcha