IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; Musa (ə) / 18

Həzrət Musanın (ə) hekayəsində imtahan

14:02 - August 11, 2023
Xəbər sayı: 3494582
TEHRAN (IQNA) - Həzrət Musa (ə) ulul-əzm peyğəmbərlərdən biri kimi bəni-israili tərbiyə etmək üçün illərdir müxtəlif pedaqoqlar tərəfindən istifadə edilən bir üsuldan istifadə etmişdir. Bu üsula əsasən, tərbiyə olanın bu yolu davam etdirməyə hazırlığının və səriştəsinin qiymətləndirildiyi bir vəziyyətə salınır.

Qurani-kərimdə "ibtila" sözü bəndələrin vəziyyətinin Uca Allahın izni ilə dəyişdirilməsidir. Həmçinin arzu edilən nəticə, bəndəlik istedadını kəşf etmək və bəndəni bəndəlik yolunda gücləndirmək və yüksəltməkdir.

Nə vaxt bir insanı tərbiyənin hədəfinə doğru istiqamətləndirmək istəsək, bir sıra tapşırıqlar vasitəsilə onun bu hədəfə nə qədər hazır olduğunu başa düşməliyik ki, bu yol üçün lazımi zəmin yarada bilək. Habelə qabiliyyətləri meydana çıxsın və təzahür etsin. Tərbiyə üçün uyğun olan bir sıra tapşırıqlar təqdim etməliyik. Bu hərəkət "ibtila" adlanır.

İbtila və imtahan tərbiyə üsulu təkcə insanı sınamaq və onun yaxşı və pis və ya zəif və güclü tərəflərini öyrənmək üçün deyil.

Həıqiqətdə, onun mühüm təsiri odur ki, insanı imtiyazlı edir və çirkinliklərini aradan qaldırır və onu xalis edir. Deməli, bu üsulda insanın təkcə zəif və güclü cəhətləri aşkar edilmir, həm də onun zəifliklərinin aradan qalxması və güclü tərəflərinin artması və bu şeylərdən öz inkişafı və kamilləşməsi üçün istifadə edir. Bu daxili təmizlənmə ancaq tərbiyə olanın iztirab və sınaq səhnələri ilə əməli qarşılaşması ilə olur.

Həzrət Musa (ə) bəni-israili bu şəraitdə qərar verdi və onların daxili çirkabını aradan qaldırmaq istədi. Misal üçün :

Bəni-İsraildən bir nəfər öldürüldü, qatil isə heç bir şəkildə məlum deyildi. Bəni-İsrail qəbilələri və qrupları arasında ixtilaf və döyüş gedir, hər biri bu qətli o biri qəbilə və qəbilə üzvlərinin işi olduğunu bildirir və özünü günahsız kimi göstərirdi. Sonda Həzrət Musadan (ə) məsələni həll etməsini istədilər.

  "Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək26 kəsmənizi əmr edir!”- dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” -dedilər”. (Musa da:) “Allah Özü məni cahil olmaqdan saxlasın!”- dedi" (Bəqərə, 67).

Həzrət Musa bu tələbi etdikdən sonra Bəni-İsrailin bir çox bəhanələrilə üzləşdi. Musa peyğəmbərdən davamlı sual etməyə başladılar: Bu inək nədir? Nə rngdə olsun. Kok və ya arıq olsun və...  .

Halbuki bu bəhanələrlə davam etməsəydilər, inək kəsmək əmrindən sonra bir inək kəssəydilər, problemləelə üzləşməzdilər.

Bəni-israil uzun illər misirlilər tərəfindən əzildikləri üçün misirlilərin inancları onlara hakim olmuşdu. Misirlilərin müqəddəslərindən biri də inək idi. Bəni-israil onlarla əlaqələri olduğu üçün inəyə sitayiş onların arasında tədricən yayıldı.

Bu səbəbdən də bu imtahan və ibtilanın (inəyi kəsməyin) mənası o idi ki, inəyi kəsməklə keçmişdə inəyin tanrı olduğuna inandıqları inanc məhv olar.

* Qurani-Kərimdə Həzrət Musanın (ə) tərbiyəvi cəhətlərinin analitik tədqiqindən əldə edilmişdir.

captcha