IQNA

Almaniya: "Nifrət ifadəsi söz azadlığı deyil"

11:27 - August 17, 2023
Xəbər sayı: 3494615
BERLİN (IQNA) - Müxbirin Qurani-Kərimin təhqir olunması ilə bağlı sualına cavab olaraq Almaniya hökumətinin sözçüsü aydınlıq gətirib ki, nifrətin yayılması söz azadlığı çərçivəsinə daxil deyil.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Almaniya hökumətinin sözçüsü çərşənbə günü jurnalistlərlə keçirdiyi mətbuat konfransında bəzi Avropa ölkələrində Qurani-Kərimin təhqir olunması ilə bağlı müxbirin sualına cavab olaraq deyib: "Almaniya hökumətinin Quranın yandırılması ilə bağlı yanaşması aydındır".

Almaniya hökumətinin sözçüsü “Almaniya baş nazirinin danimarkalı həmkarı ilə görüşündə Quranın təhqir olunması məsələsinin gündəmə gətiriləcək, ya yox?” mövzusunda məlumatsızlığını dilə gətirib və əlavə edib: "Almaniya hökumətinin Quranın yandırılması ilə bağlı yanaşması aydındır. Bu davranışlar hörmətsizlik sayılır. Həmçinin bəzi insanlar bu hərəkətləri etməklə təfriqə salmağa çalışırlar. Biz bu prosesin əleyhinəyik və pisləyirik".

O, digər jurnalistin “Almaniya müqəddəs Quran və Tövrat kitablarının yandırılmasını söz azadlığı kontekstində şərh edirmi?” sualını da cavablandırıb. O cavab verdi: "Danimarkada baş verənlərin hamısını şərh edə bilmərəm. Söz azadlığı təbii olaraq yüksək dəyərə malikdir; Amma nifrət çıxışı, təxribat xarakterli hərəkətlər söz azadlığı çərçivəsində deyil".

4163059

captcha