IQNA

Əl-Əzhərdə Quran hifzi yarışmasının ilkin mərhələsi başlayıb

9:37 - September 12, 2023
Xəbər sayı: 3494725
QAHİRƏ (IQNA) – Qurani-Kərimin hifzi müsabiqəsinin ilkin mərhələsi Misirin Əl-Əzhər məscidində 3874 nəfərin iştirakı ilə başlayıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, 8 gün ərzində Əl-Əzhərin nəzarəti altında Feysəl İslam Bankının Quran hifzi müsabiqəsinin ikinci turunun fəaliyyətinə start verilib.

  Əl-Əzhər məscidində Qahirə, Giza, Qalubiyyə, Şərqiyyə, Qarbiyyə, Menofiya və Daxaliyyə əyalətlərindən bu yarışlarda iştirak etmək üçün müraciət edənlərdən imtahanlar götürülür.

Bu yarışlar “Əl-Əzhər” və “Feysal İslam Bankı” arasında əməkdaşlıq çərçivəsində, Qurana diqqət və onun gənclərə öyrədilməsi istiqamətində keçirilir.

Əl-Əzhərin elmi fəaliyyətinin baş nəzarətçisi Əbdül-Moneym Fuad dedi: "Əl-Əzhər tərəfindən Feysəl İslam Bankı ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu müsabiqənin ikinci turunda qaliblərə 1,5 milyon lirə qədər pul paylanacaq.

O, bu müsabiqədə iştirak edənlərin sayının 3800-dən çox olduğunu və onların ölkənin müxtəlif bölgələrində sınaqdan keçiriləcəyini bildirib.

4168097

captcha