IQNA

İspaniyada İslam qəbiristanlığı tapılıb

10:45 - September 22, 2023
Xəbər sayı: 3494771
MADRİD (IQNA) – İspaniya rəsmiləri bu ölkənin cənubunda İslam dövrünə aid qəbiristanlığın aşkar edildiyini açıqlayıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, İspaniya rəsmiləri ölkənin cənubundakı Qranada şəhərində İslam dövrünə aid qəbiristanlığın aşkar edildiyini açıqlayıb.

Əndəlüsdə İslam sivilizasiyası üzərində araşdırma aparan arxeoloq Əmcəd Süleyman Anadoluya deyib: "Onun arxeoloji qrupu Babul-Fəxxarin kimi tanınan qədim Qranada şəhərinin mərkəzində binanın döşəməsini qazarkən şəhərdəki səkkiz İslam qəbiristanlığından birini aşkar edib".

Süleyman izah edib ki, indiyə qədər "Dulusçular qəbiristanlığı" kimi tanınan qəbiristanlıqda 40-dan çox müsəlmanın qalıqlarını aşkar ediblər ki, bu da əslində o kiçik ərazidə dəfn olunduğu güman edilən 150 nəfərin bir hissəsidir.

O, əlavə edib: "Qranada müsəlmanların Əndəlüsdəki son sığınacağı olub. Aşkar edilmiş qədim qəbiristanlıqlarda dəfn olunanların sıxlığı o dövrdə orada yaşayan müsəlmanların sayından xəbər verir".

Bu arxeoloq deyib: Dəfn edilmə forması və ətrafdakı əşyaları tədqiq etməklə, dəfn olunanların müsəlman olduğu aydın olur.

4170205

captcha