"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Ali Məktəbin Qurani-Kərim fakültəsində “Qurani-Kərimdə insani dəyərlər” adlı Qurani-Kərim fakültələri tələbələrinin ikinci beynəlxalq Quran toplantısı Şarcənin "Əl-Qasimiyyə" Universitetində keçirilib. Bu toplantıda İslam dünyasının müxtəlif ölkələrindən bir qrup tədqiqatçı və Quran fakültələrinin tələbələri də iştirak ediblər.
Bu toplantının fəaliyyəti Qurani-Kərim, ictimai və ailə məsələləri ilə bağlı bir sıra aparıcı qurumların nümayəndələrinin iştirak etdiyi “Şarcədəki qurumların bəşəri dəyərlərin möhkəmləndirilməsində rolu” adlı elmi seminarla başlayıb. Bu toplantı həm də Qurani-Kərim və İslam mədəniyyətinin nəşri sahəsində bir çox əlaqəli qurumların sərgisinin şahidi oldu. Bundan əlavə, Qurani-Kərimdə ictimai-mənəvi dəyərlər sahəsində bir sıra elmi görüşlər keçirilib. Burada dünyanın müxtəlif yerlərindən olan Qurani-Kərim məktəblərinin tədqiqatçıları tərəfindən biliklərin təkmilləşdirilməsi məqsədi ilə 12 elmi məqalənin təqdimatı olub. Həmçinin ekspertlər və tələbələr arasında tədqiqat mübadiləsi olub.
Bu toplantının yekun bəyanatında müxtəlif ərəb və islam universitetlərində Qurani-Kərim fakültələri arasında ünsiyyətin və görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb. Habelə əməkdaşlığın və elmi araşdırmaların artırılması məqsədi ilə Qurani-Kərim fakültələri arasında ümumi məlumat bazasının yaradılmasının zəruriliyi qeyd olunub.
4170726