İradə azadlığı prinsipi insanın bəzən öz seçimində sürüşərək günah yolunu seçməsinə səbəb olur. Bu günahı aradan qaldırmağın yolu isə insanın etdiyi günaha tövbə edib peşman olmasıdır. Buna görə də tövbə, bağışlanma, Allaha və axirətə iman onu şəfaət sahibi edir.
Şəfaət şəfaət olana şəfaət edən şəxsdən bir şey istəmək deməkdir. Peyğəmbərin (s) və ya ondan başqasının şəfaəti Allaha dua etmək deməkdir. Şəfaətçinin Allah yanındakı məqamına görə bəndələrə şəfaət etmək icazəsi verilir. O, dua ilə Allahdan onların günahlarının aradan qaldırılmasını və ya dərəcələrinin qalxmasını istəyir.
Şəfaətə iman günah selinin qarşısını alan möhkəm bir sədddir. Şəfaətə iman gətirən insan bunu arzulayır. Şəfaətdə vacib şərtlərdən olan imanı özündə saxlamaq üçün əməl və əməllərində daha diqqətli olması, günahlardan çəkinməsi lazımdır. Şəfaət insan tərbiyə edən bir təlim və günaha batanları yarı yoldan geri qaytarmaq və ümidsizliyə qapılmamaq üçün bir vasitədir. İmam Sadiqin (ə) buyurduğu kimi, şiələr bu məsələni məzhəbin vaciblərindən hesab edirlər: “Hər kim üç şeyi inkar edərsə, bizim şiələrimizdən deyildir: Merac, qəbirdə sual və cavab və şəfaət”.
Bu inancın bir çox təsirləri var:
İndi sual yarana bilər ki, bu şəfaətçilər kimdir?
Uca Allah buyurur: "Ən son şəfaət edən şəxs rəhm edənlərin ən mərhəmətlisi olan Allahdır".
Quranın şəhadətinə əsasən, peyğəmbərlər kimsə üçün bağışlanma dilədikdə; Allah bunu qəbul edir və insanı bağışlayır: "Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər" Nisa, 64).
Əlbəttə ki, Peyğəmbərin (s) bir hədisində də bu məqama toxunulur: “Üç qrup günahkarlar üçün Allah dərgahında şəfaət edir və onların şəfaəti qəbul olunur: Peyğəmbərlər, din alimləri və şəhidlər”.
Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə”də işlədilən kəlamına əsasən, Quranın da şəfaətçilərdən biri olacağı anlaşılır: Bilin ki, Quran şəfaəti qəbul edilən bir şəfaətçi və sözü məqbul danışandır” (Xütbə, 176). Nəticə etibarı ilə Qurana bağlı qalmaq və onun göstərişlərini yerinə yetirmək insanı dünya və axirətdə xoşbəxt edər.
"Əl-Mənar" təfsiri və "Təsnim" təfsirində şəfaət məsələsinin müqayisəli tədqiqinin araşdırılması adlı məqalə