"İQNA", xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra məsələ ilə bağlı açıqlama verib.
Qudra bildirib ki, İsrailin Qəzzada xəstəxananı bombalaması nəticəsində ölənlərin sayı 500-ə çatıb.
Xəstəxanada yüzlərlə yaralı, xəstə və evlərini itirənlərin olduğu açıqlanıb.
HƏMAS-ın Qəzzadakı hökumət ofisi tərəfindən edilən açıqlamada hücum "müharibə cinayəti" olaraq qiymətləndirilir.