IQNA

İsrailin Qəzzaya hücumları nəticəsində dağılan məscidlərin sayı 33-ə yüksəlib

16:31 - October 25, 2023
Xəbər sayı: 3494914
QƏZZƏ (İQNA) - Sionist rejim qüvvələrinin Qəzza zolağında Xittin məscidinə hücumundan sonra oktyabrın 7-də başlayan müharibədən bəri dağıdılan məscidlərin sayı 33-ə yüksəlib.

"AA" xəbərlərinin verdiyi məlumata görə, Sionist Rejim döyüş təyyarələri gecə saatlarında Qəzza zolağında Xittin məscidini bombalayıb.

Hücumla bağlı məlumat Əl-Əqsa kanalının Telegram səhifəsindəki xəbərlərdə verilib.

Xəbərdə, "İşğal qüvvələrinə aid döyüş təyyarələri Cela küçəsində yerləşən Xittin məscidini bombalayıb" ifadələrindən istifadə edilmişdir.

Hücum zamanı ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.

İsrail qüvvələrinin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda dağılan məscidlərin sayı 33-ə yüksəlib.

captcha