IQNA

Quran nədir? / 37

Qurani-Kərim ən şəfqətli nəsihət verəndir

7:31 - November 05, 2023
Xəbər sayı: 3494955
TEHRAN (İQNA) – Quranın xüsusiyyətlərindən biri də budur ki, o, insanlara ən gözəl tövsiyələri verən kitabdır. İnsanı heç vaxt aldatmayan, daha yaxşı yaşamağa kömək edən bir kitabdır.

Bəzən insanlar mərhəmətli görünən, lakin sonra onları aldadan insanlara rast gələ bilərlər. Belə insanların varlığı ilə Quranın bir rəhbər olaraq əhəmiyyəti daha aydın görünür.

Həzrət Əli (ə) Nəhcül-Bəlağədə Quranın şəfqət və nəsihət xüsusiyyətinə diqqət çəkir. Nəsihət, kimisə doğru yola yönəltmək və yaxşılıq etmək deməkdir. O Həzrət 176-cı xütbədə buyurur: “...Bu Quranın nəsihəti aldatmayan, azdırmayan, doğru yolu göstərən, sözü yalan olmayan bir nəsihətçi bilin. Quranla oturan hər kəs bir artım və bir azalma ilə qalxar: Onun hidayəti artar, azğınlığı azalar...”

Bu mətni oxuduqdan sonra ağlınıza belə bir sual gələ bilər: Qurani-kərimi nədən öyüd-nəsihət kimi qəbul etmək lazımdır? "Ənfus" sözü "nəfs"in cəmidir. İnsan ruhunun üç mərtəbəsi var:

1_ Nəfs-i əmmarə: Pisliyə əmr edən və ondan ləzzət alan nəfsə verilən ad. Bu ruh bizi günaha çağırır. Günah etmək ağla zidd olduğu üçün insan bu vəziyyətdə ağla tabe olmur. O, insan ruhunun ən aşağı mərtəbəsidir və hədislər onunla mübarizə aparmağı tövsiyə edir.

2_ Nəfs-i Ləvvamə: Pislik etdiyi zaman peşman olub bağışlanma diləyən ruha verilən addır. Nəfs-i Ləvvamə adı Quran ayələrindən gəlir. “Qiyamət” surəsinin 2-ci ayəsində belə buyurulur: “Belə deyil, and olsun özünü qınayan nəfsə!”

3_ Nəfs-i Mütməinnə: İman əsaslarına iman gətirən, İslamın əmr və qadağalarına itaət edən, bu mövzularda heç bir şəkk və tərəddüd etmədən, nəticədə Allahla ruhani əlaqə quran və onun ləzzətindən zövq alan nəfsdir. Bu, insan ruhunun ən yüksək mərtəbəsidir. Allah "Fəcr" surəsinin 27-30-cu ayələrində belə buyurur: “Ey iman rahatlığına qovuşmuş insan!”

 “Ondan razı qalaraq, O da səndən razı olaraq Rəbbinin hüzuruna qayıt.”

 “Elə isə mənim əziz bəndələrimin sırasına qoşul.”

“Cənnətimə daxil ol!”

İbn Meysem Bəhraninin Nəhcül-Bəlağənin şərhinə görə, Həzrət Əlinin (ə) Quranı nəsih (nəsihət verən) adlandırmaqla nəzərdə tutduğu şey, Nəfsi-əmmarəyə qarşı nəsihət etməkdir. Bizə buyurur ki, nəfsi-əmmarə insanları günaha sövq edir və qəlb gözlərinin haqqı görməsinə mane olur. Ona görə də Quranı özümüzə rəhbər tutmalı və onun tövsiyələrini qəbul etməliyik.

captcha