IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 54

Kafirlərə meydan oxu və onları mübarizəyə dəvət et

10:23 - November 23, 2023
Xəbər sayı: 3495025
TEHRAN (İQNA) – Təhəddi, Qurani-Kərimin Allah tərəfindən olduğunu qəbul etməyənlərə Qurana bənzər bir şey gətirmək üçün mübarizəyə dəvət etməkdir.

Bəqərə surəsi 23-24-cü ayələr: “Əgər bəndəmizə nazil etdiyimiz kitaba şübhə edirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa ibadət etdiklərinizi köməyə çağırın. Əgər iddianızda səmimisinizsə!”

“Əgər bunu edə bilməyəcəksinizsə, - və heç vaxt bacara bilməyəcəksiniz - yanacağı insanlar və daşlar olan oddan çəkinin; O, kafirlər üçün hazırlanmışdır”.

Təhəddi sözü Quranın digər ayələrində də işlənmiş və lüğətdə müəyyən həddə çatdırmaq mənasında işlənmişdir. Termində isə bu məzmunda bir dəvətdir ki, əgər bacarırsınızsa, fəsahət və kəlamın gözəlliyini bu həddə çatdırın. Qurani-Kərimin daha əvvəl Məkkədə nazil olmuş surələrində də kafirlərə meydan oxunurdu; Bu kitabın Allahdan olduğuna şübhə edənlərdən əgər Peyğəmbərin (s) uydurduğu iddiasında səmimi idilərsə, buna bənzər bir şey gətirmələri istəndi.

Kafir ərəblər bütün istək və cəhdlərinə baxmayaraq bunu edə bilmədilər, ayəyə bənzər bir söz belə deyə bilmədilər; Beləliklə, onların bacarıqsız olduqları və bacara bilməyəcəkləri məlum oldu və “heç vaxt bacarmayacaqsınız” deyimi gerçəkləşdi.

Qurani-Kərimin bir surəsinin, hətta bir ayəsinin bənzəri gətirilə bilinməyəcəyi xüsusiyyətə “möcüzə” deyilir. Sözün lüğət mənası “çarəsiz, köməksiz qoymaq” deməkdir.

Baxmayaraq ki, bu çağırışdan on dörd yüz il keçib, bəşəriyyət ədəbiyyatda, şeirdə və nitqdə uzun bir yol keçib, amma İslam düşmənləri Qurandakı mübarizə çağırışını bir növ batil etmək istəyiblər. Ancaq bu günə qədər heç kim Quranın çağırışına cavab verə biləcək bir iddia irəli sürməmişdir. Bəziləri bu iddiaları irəli sürsələr də, yazıları o qədər zəif idi ki, ədəbiyyatda heç bir dəyər, hörmət tapa bilmədilər.

Allah Qurani-Kərimin "Əsr" və "Kövsər" surələri kimi qısa bir surə gətirə bilsələr, onların qələbə qazanacağını bildirib. Lakin bu günə qədər belə bir şey mümkün olmayıb.

Mümkündür deyələr ki, böyük şairlərin, musiqiçilərin əsərləri də belədir, çünki onlar heç kimin təqlid edə bilməyəcəyi sənət əsərləri yaratmışlar. Cavab budur ki, Hafiz kimi divan yazmasa da, Hafizin yazdığı qədər gözəl bir neçə şeir yazmağı bacaran şairlər var.

Allah buyurur: Əgər möcüzələrin nişanələri və bu kitabın ilahi mənbəsi aşkar olunarsa, inadkarlıq və təkəbbür üzündən haqqa təslim olmayanlar, onları yandırıb-yaxan atəşə düşərlər. Onlar öz varlıqlarını yandırıb-yaxan atəşə düşəcək, qatı və qaranlıq ürəklərində qurduqları bir qayada qapalı qalacaqlar.

Bu, Ustad Hüseyn Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4123328

captcha