IQNA

Son 48 saat ərzində 40 sionist əsgər öldürülüb

8:14 - December 11, 2023
Xəbər sayı: 3495114
IQNA – Qəssam batalyonları son 48 saat ərzində sionist qüvvələrlə toqquşma zamanı onlardan 40 nəfəri öldürdüklərini elan ediblər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Qəssam Batalyonları (Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS-ın hərbi qolu) bəyanat yayaraq, son 48 saatda 40-dan çox sionist əsgərin həlak olduğunu elan edib və bu sayda sionist əsgərin ölümünə əmin olduqlarını bəyan ediblər.

Qəssam batalyonları elan ediblər ki, bu batalyonların döyüşçüləri son 48 saat ərzində onlarla başqa sionist əsgəri öldürüb və ya yaralayıb.

Həmçinin Qəssam batalyonları son 48 saat ərzində Qəzza zolağında döyüşün bütün hissələrində düşmənin 44 hərbi silahının tam və ya qismən məhv edildiyini açıqlayıb.

Qəssamın bəyanatına görə, müqavimət döyüşçüləri ağır minaatan və qısa mənzilli raketlərlə düşmənin səhra komandanlığı qərargahı və onun Xan Yunisin şərqindəki qərargahlarını hədəfə almağa nail olublar.

4187147

captcha