IQNA

Fransada müsəlman tələbələrin təhsil aldığı orta məktəbə ictimai dəstək kəsilib

16:01 - December 12, 2023
Xəbər sayı: 3495117
İQNA - Fransanın müsəlman tələbələrin təhsil aldığı qabaqcıl liseylərdən biri olan Özəl Averroes Liseyinin dövlət ilə bağlandığı müqaviləyə xitam verildiyi bildirilib.

Le Parisien-in verdiyi məlumata görə, Hauts-de-France valiliyi Georges-François Leclerc Lilldə yerləşən və tələbələrinin universitetə ​​qəbul olma müvəffəqiyyəti 90 faizdən çox olan Averroes Özəl Liseyinin dövlət müqaviləsini ləğv etmək qərarına gəlib.

Qərarda liseydə verilən təhsilin Fransa Milli Təhsil Nazirliyinin gözləntilərini "mənbə və məzmun" baxımından "tam olaraq qarşılamadığı" iddia edilib.

Qərarda “mədəniyyət, cinslərarası münasibətlər, homoseksuallıq” kimi mövzularda vəsait çatışmazlığının olduğu bildirilərək, tələbələrə İslam dini ilə bağlı verilən resursların digər dinlərə aid mənbələrdə üstünlük təşkil etdiyi iddia edilib.

Bundan əlavə, qərarda liseydə çalışan bəzi müəllimlərin “respublika dəyərlərinə zidd” olduğu iddia edilib.

Qərarın verilməsi ilə orta məktəbin daimi müəllimlərini və illik büdcəsindən yarım milyon avro dövlət yardımını itirməsi ilə nəticələnəcək.

Hauts-de-France valiliyinin göstərişi ilə noyabr ayında toplanan xüsusi təhsil məsləhət komissiyası 2008-ci ildə məktəblə bağlanmış müqavilənin ləğvinin lehinə səs verdi.

Digər tərəfdən Fransa Müsəlmanları Federasiyası qərara reaksiya verərək Averroes Liseyi müəllimləri ilə həmrəy olduqlarını açıqlayıb.

Açıqlamada komissiyanın müqavilənin ləğvi ilə bağlı qərarının təkcə uğurları ilə seçilən müsəlman təhsil ocağının deyil, bütün özəl qurumların gələcəyi üçün həyəcanlı mesaj olduğu bildirilib.

Məktəb 2003-cü ildə təhsil həyatına başlayıb və ilk olaraq hicablı olduğu üçün digər təhsil müəssisələrinə gedə bilməyən müsəlman tələbələrə qapılarını açıb. Bir neçə ildə şagird sayını artıran liseylə yanaşı, Averroes orta məktəbi də 2012-ci ildə fəaliyyətə başlayıb. Bu gün 800-dən çox şagird Averroes Liseyi və Orta Məktəbində təhsil alır.

AA

captcha