"İQNA", "Əl-Məyadin" internet saytına istinadən xəbər verir ki, America Prospect internet saytı sionist rejimin Qəzzanı işğal etməsi bağlı xəbərlərində yazıb: “İsrailin Qəzzaniyə qarşı vəhşicəsinə müharibəsi onu mənfur rejimə çevirib və regional dğyüş təhlükəsini də artırıb.
Atəşkəsin başa çatması ilə hər gün əksəriyyəti qadın və uşaq olmaqla yüzlərlə dinc sakinin məhv edildiyi bildirilir.
Ən böyük riskin müharibənin regional münaqişəyə çevrilməsi olduğu da qeyd edilir. İctimai etirazlar İordaniya hökumətinə İsraillə əlaqələri kəsmək üçün böyük təzyiq göstərir. Misir isə Qəzzada müharibəni ciddi şəkildə tənqid etdi və fələstinli qaçqınları qəbul etməkdən qəti şəkildə imtina etdi.
Davam edən müharibənin İsrailin qonşuları ilə münasibətlərinə mənfi təsir göstərdiyi də diqqət çəkir.
Amerikanın bu internet saytına görə, müharibə bitəndə Netanyahunun siyasi həyatı sona çatacaq və buna görə də İsrail hökuməti regional münaqişəyə başlamaq üçün yollar axtarır.
4187366