IQNA

Suriyada Qəzza ilə həmrəylik üçün Milad şənlikləri ləğv edilib

17:31 - December 25, 2023
Xəbər sayı: 3495174
İQNA – Suriyalı xristianlar Qəzza xalqı ilə həmrəyliklərini ifadə etmək üçün bu il Milad bayramını qeyd etməyəcəklərini açıqlayıblar.

"İQNA", "Frans24" saytına istinadən xəbər verir ki, Suriyanın şimalındakı Əziziyyə şəhərinin mərkəzində hər il Milad ərəfəsində adətən böyük şənliklər keçirilir və böyük yolkalar qurulur.

Ancaq bu il əsas meydan demək olar ki, boşdur və Milad bəzəkləri görünmür.

Hələbin Süryani Katolik Baş yepiskopu deyib: "İsa peyğəmbərin doğulduğu yer olan Fələstində insanlar əziyyət çəkərkən Qəzza xalqı ilə həmrəy olduğumuzu göstərmək üçün kilsələrimizdə keçirilən bütün bayram və rəsmi mərasimləri ləğv etdik".

Süryani Katolik Kilsəsi Suriyada Qəzza xalqı ilə həmrəy olduğunu söyləyən yeganə kilsə deyil. Hər üç kilsə Milad bayramlarını ləğv edəcəklərini və onları dini mərasimlərlə məhdudlaşdıracaqlarını açıqlayıblar.

Üç kilsənin birgə bəyanatında deyilir: “Qəzzada mövcud vəziyyəti nəzərə alaraq, kilsənin yepiskopları Milad şənlikləri təşkil etmədiklərinə görə üzr istəyirlər”.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl ölkədə 1,2 milyondan çox xristian yaşayırdı. Lakin vətəndaş müharibəsi səbəbindən onların əksəriyyəti Suriyadan mühacirət edib.

4189596

captcha