İQNA (Beynəlxalq Quran Xəbər Agenliyi) şəfəqna-ya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyindən məlumat verilib.
Beləliklə də, 7 oktyabrdan bəri İsrail hücumları nəticəsində öldürülən dinc qəzzalıların sayı 21 507 nəfərə çatıb (azı 8 800 uşaq və 6 300 qadın).
Həmçinin indiyədək 55 915 mülki Qəzza sakini də yaralanıb (son sutka ərzində 312 nəfər yaralanıb). Yaralıların da böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Həmçinin İordan çayının Qərb sahili və Qüds şəhərində də indiyədək yüzlərlə dinc fələstinli İsrail qüvvələri tərəfindən qətlə yetirilib.
Həmçinin təxminən 7 min dinc Qəzza sakini də itkin düşüb ki, onların da böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Qəzzada hər 10 dəqiqədə 1 fələstinli uşaq İsrail hücumları nəticəsində həyatını itirir. Bütöv-bütöv ailələr qətlə yetirilir, minlərlə uşaqlar yetim qalır.
İsrail ordusu elektrik, su, yanacaq, internet və ərzaq təminatı yollarının qarşısını kəsərək havadan, qurudan və dənizdən Qəzzanı blokadada saxlayır və zərbələr endirir; beynəlxalq hüquqa zidd olaraq xəstəxanalar, məktəblər, sığınacaqlar, məscidlər bombalanır.