IQNA

Əl-Əzhər: “Qəzzədə fələstinli qaçqınların öldürülməsi bəşəriyyətin alnındakı ləkədir”

9:10 - March 04, 2024
Xəbər sayı: 3495560
İQNA – Əl-Əzhər İslam Mərkəzi bəyanat yayaraq, sionist rejim ordusunun Qəzzada ərzaq yardımı gözləyən fələstinli qaçqınları hədəfə alan hərəkətini kəskin şəkildə pisləyib.

"İQNA", “arabnews24.ca” xəbər saytına istinadən xəbər verir ki, Əl-Əzhər İslam Mərkəzi cümə axşamı, fevralın 29-da sosial şəbəkələrdə bəyanat yayaraq, sionist rejimin Qəzzənin qərbində humanitar yardım gözləyən fələstinli qaçqınlara qarşı törətdiyi yeni cinayəti kəskin şəkildə pisləyib.

Bəyannamədə sionist rejimin ac və susuz qoyduğu qaçqınları hədəfə almasının hadisələrə səssiz qalan bəşəriyyətin alnına ləkə və yeni bir hərbi cinayət olduğu bildirilib.

Bəyanatın sonunda Əl-Əzhər bütün dünyanı bəşər tarixində misli görünməmiş bu dərin yuxudan oyanmağa və bu qeyri-insani mühasirəni dayandırmaq üçün təcili tədbirlər görməyə və humanitar yardım karvanlarının Qəzzaya təhlükəsiz şəkildə çatması üçün zəmin hazırlamağa çağırıb.

4202848

captcha