"İQNA", "Arab21" saytına istinadən xəbər verir ki, Kuba prezidenti Migel Diaz-Kanel paytaxt Havanada Fələstin xalqı həmrəylik nümayiş etdirən və sionist rejimin Qəzza zolağında törətdiyi cinayətləri pisləyən böyük nümayişə rəhbərlik edib.
Şənbə günü paytaxt Havanada Kommunist Gənclər Liqasının təşkil etdiyi nümayişdə izdihamlı iştirak olub.
Fələstinə dəstək nümayişində Kuba prezidenti və Nazirlər Şurasının bütün üzvləri iştirak edib.
Nümayişçilər Fələstinə dəstək şüarları səsləndirərək, işğalçı rejimin Qəzzaya qarşı hücumlarını pisləyiblər.
Bundan əlavə, nümayişçilər əllərində "İsrail soyqırım edir", "Əllərinizi Rəfahdan çəkin" və "Fələstin azaddır" yazılı plakatlar qaldırıblar.
Migel Diaz-Kanel X platformasındakı istifadəçi hesabında kütləvi nümayişlərin fotolarını yerləşdirib və Fələstinin böyük iztirablar yaşadığını qeyd edib.
Kuba bu cinayətlərə biganə qalmayacaq və kubalılar daha yaxşı dünya naminə bu yürüşü təşkil ediblər”, - deyə Kuba prezidenti bildirib.
"Qəzza dünyanın ən böyük açıq həbsxanasına çevrildi" deyən Kuba prezidenti İsrailin Qəzzanı daim bombaladığını və Amerikanın ikiüzlülüyünə son qoymasını istədiklərini bildirib.
4203361