IQNA

Qəzzadakı fələstinlilərdən ABŞ-dakı tələbələrə təşəkkür mesajı

7:11 - April 29, 2024
Xəbər sayı: 3495855
İQNA - Qəzza zolağının cənubundakı Rəfah şəhərinə sığınan bir fələstinli, yaşadıqları çadırların üzərinə yazdığı yazılarla Qəzzaya dəstək verən ABŞ-dakı tələbələrə təşəkkür edib.

Rəfaha sığınan 43 yaşlı Əbu Yusif Hamid Qəzzaya dəstək üçün ABŞ-ın Kolumbiya Universitetində başlayan və dünyanın bir çox universitetlərinə yayılan nümayişlərə səssiz qalmayıb.

Hamid Rəfahdakı çadırların üzərinə "Qəzzə ilə həmrəylik nümayiş etdirən tələbələrə təşəkkür edirik" mesajı yazıb. Həmçinin "ABŞ universitetlərinə təşəkkür edirik" və "Kolumbiya tələbələrinə təşəkkür edirik" ifadələrini sprey boya ilə yazıb.

AA müxbirinə danışan Hamid, "ABŞ-da Qəzzaya dəstək nümayişləri təşkil edən tələbələrə çadırların üzərinə yazı yazaraq təşəkkür edirik" dedi.

Hamid yıxılan evlərinin divarları yerinə çadırların üzərinə təşəkkür sözləri yazmalı olduqlarını bildirib.

Dünya ölkələrindən bu tələbələri nümunə götürmələrini istəyən Hamid, Qəzzanın yanında olan hər kəsə təşəkkür etdiklərini söylədi.

Kolumbiya Universitetində fələstinli tələbələri dəstəkləyənlər, məktəbin Qəzzada soyqırımı və Fələstinin işğalını dəstəkləyən şirkətlərə maliyyə sərmayələrini davam etdirməsinə etiraz etmək üçün şəhərcik bağçasında oturaq etiraz aksiyasına başlayıb.

Universitet rəhbərliyinin tələbi ilə polis 108 tələbəni saxlayıb, məktəb rəhbərliyi isə aksiyada iştirak edən 80-ə yaxın tələbənin fəaliyyətini dayandırıb.

Kolumbiya Universitetində Fələstin tərəfdarı nümayişlər Nyu York Universiteti (NYU), Yale Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT), Tufts Universiteti, Yeni Məktəb və Şimali Karolina kimi ABŞ-ın digər aparıcı ali təhsil müəssisələrinə də yayıldı.

captcha