AA, ilk Kolumbiya Universitetində başlayan SFSU şəhərciyində "Qəzza Həmrəylik Düşərgəsi"nə bənzər 20-dən çox çadırın yerləşdirildiyini lentə alıb.
Universitet tələbələri təşkil etdikləri mitinqdə "Fələstinə Azadlıq" şüarları səsləndirərkən, yaydıqları vərəqədə universitet rəhbərliyindən istəyiblər: "Potensial tələbə nümayişlərinə qarşı polis qüvvələri göndərməkdən çəkinin. Tələbələrə qarşı akademik repressiyalardan qaçın və tələbələrin etiraz etmək hüququna hörmət edin".
Tələbə nümayəndələri SFSU-nun İsrail üçün hərbi texnika istehsal edən Lockheed Martin və HP kimi şirkətlərlə kommersiya müqavilələrinə son qoymasını tələb ediblər.
SFSU-da etirazlar Kaliforniyadakı Stanford və UC Berkeley universitetlərində davam edən nümayişlərdən sonra baş verdi.
ABŞ mətbuatının məlumatına görə, ölkə daxilində 70-dən çox universitetdə Fələstinə dəstək aksiyaları keçirilib, yüzlərlə tələbə polis tərəfindən saxlanılıb.