IQNA

Ərdoğan: "Mən Qərb rəhbərlərini İsrailə təzyiq göstərməyə çağırıram"

10:54 - May 08, 2024
Xəbər sayı: 3495909
İQNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Həmas"ın bizim təkliflərimizlə atəşkəsi qəbul etdiyini bildirməsinə sevindik. İndi eyni addımı İsrail də atmalıdır" dedi.

"TRT Xəbər"in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

Həmas-ın bizim təkliflərimizdən sonra atəşkəsi qəbul etdiyini bildirməsi bizi sevindirdi. İndi eyni addımı İsrail də atmalıdır. Mən bütün Qərb rəhbərlərini İsrail administrasiyasına təzyiq göstərməyə çağırıram.

captcha