"İQNA", "Russia Əl-Yəvm"-a istinadən xəbər verir ki, Çikaqo Məkkə məscidinin imamı Şeyx Həsən Mustafa Əli İllinoys ştatının Nümayəndələr Palatasının Springfild şəhərində keçirilən iclasını Qurani-Kərimdən ayələri oxuyaraq açıb.
O, həmçinin dünyada sülh və ədalətin bərqərar olması üçün dua edib.
Bu proqram Çikaqoda və ətrafında İslam Qurumları Şurasının dövlət nümayəndələri ilə ünsiyyət günü tədbirləri çərçivəsində həyata keçirilib.
Şeyx Həsən Əli “Nisa” surəsindən ayələri oxudu və ingilis dilinə tərcümə etdi. Daha sonra o, üzvlər və nümayəndələrdən ədaləti, sülhü, bərabərliyi təmin etmək, müharibələri və zorakılığı dayandırmaq üçün effektiv qanunlar və qərarlar qəbul etmələri üçün dua etdi.
4214636