IQNA

BMT: "Biz heç vaxt Rəfahdakı kimi vəhşilik görməmişik"

10:59 - May 14, 2024
Xəbər sayı: 3495945
İQNA - Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal Qəzza zolağının cənubundakı Rəfah şəhərində sionist İsrailin məcburi köçkünlükləri ilə bağlı "heç vaxt belə şokedici vəhşilik görmədiyini" deyib.

Rajaqopal X sosial media platformasında məsələni paylaşaraq, 30 ildən artıqdır ki, köçkünlükdən əziyyət çəkən icmalarla araşdırmalar apardığını və onlarla ünsiyyət qurduğunu bildirib və “Daha əvvəl heç vaxt belə şokedici vəhşilik görməmişdim” deyib.

Rajaqopal qeyd edib ki, nəsillər bir neçə dəfə qaçmağa və didərgin düşməyə məcbur olublar.

Mənbə: Rasthaber

captcha