"İQNA", "Əl-Yəvmus-Səbə" saytına istinadən xəbər verir ki, Misirin Əl Qarbiyə əyalətində yaşayan misirli Əl-Hadi Əl-Bənna toxuculuq şirkətindən təqaüdə çıxdıqdan sonra ən böyük həvəsi olan xəttatlıq və rəssamlıq sənətinə üz tutub.
Uşaqlıqdan heç bir məşq etmədən ətrafda qavradığı gözəlliyi yüksək dəqiqliklə qələmə almağa, onu xəttatlıq və heykəltəraşlıq formasında heyrətamiz sənət əsərlərinə çevirməyə çalışmışdır.
İstedadının orta məktəb illərində üzə çıxdığını deyən Bənna rəssamlığı çox sevdiyini və onu inkişaf etdirdiyini bildirib. O, məktəbdəki rəssamlıq və dizayn müəlliminin ona örnək olduğunu da bildirib. O, asudə vaxtlarından və iş saatları arasındakı fasilələrdən rəsm və xəttatlıq üzrə bacarıqlarını artırmaq üçün istifadə etdiyini bildirib.
Təqaüdə çıxdıqdan sonra Əl-Bənna xəttatlıq və rəssamlıq sənətini inkişaf etdirmək qərarına gəlib.
O zaman o, Qurani-Kərimi çox gözəl xəttatlıqla, düzgün qısaltmalara və qiraət qaydalarına uyğun yazmağa qərar verdi. Bu iş çox vaxt və səy tələb edirdi.
Əl-Bənna deyir ki, Quranın bir səhifəsini yazmaq bəzən 30 dəqiqə çəkir və o, hər bir ayəni kağıza yazmadan əvvəl diqqətlə öyrənir.
Hadi Əl-Bənna Quranı xətasız yazmaq üçün 3 ay çəkdiyini bildirərək vərəqləri öz dizaynı ilə bəzədiyini sözlərinə əlavə edib.
Əl-Bənna dedi: "Təqaüd həyatın sonu deyil. Nə qədər ki, insan vaxtdan istifadə etmək enerjisi və sevgisi var, öz istək və məqsədlərinə nail ola bilər.
4215530