"İQNA", "Middle East News" saytına istinadən xəbər verir ki, sionist rejimin xarici işlər naziri İsrail Katza göndərilən məktub G7 ölkələrindən Almaniya, Fransa, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Avstraliya, Danimarka və Finlandiya, Hollandiya, Yeni Zelandiya, Cənubi Koreya və İsveç kimi digər ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanmışdır.
Bununla bağlı Almaniya xəbər agentliyi bu ölkələrin də Fələstin xalqına daha çox yardım tələb etdiyini açıqlayıb.
Dörd səhifəlik məktubda 13 ölkənin xarici işlər nazirləri İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququnu dəstəklədiklərini təsdiqləyərək, Rəfaha genişmiqyaslı hərbi hücuma qarşı xəbərdarlıq ediblər və bunun fələstinli mülki şəxslər üçün fəlakətli nəticələrə səbəb olacağını vurğulayıblar.
Xarici işlər nazirləri həmçinin açıq şəkildə bildiriblər ki, İsrail hökuməti Qəzza zolağında dağıdıcı və pisləşən humanitar böhranı yumşaltmaq üçün əlindən gələni etməlidir.
Nazirlər İsraildən Fələstin mülki vətəndaşlarına təcili ehtiyac duyulan humanitar yardımı çatdırmaq üçün Rəfah Sərhəd Qapısı da daxil olmaqla bütün keçid məntəqələrini açmağı tələb ediblər.
4216307