Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və onları müşayiət edən nümayəndə heyətinin şəhid olması ilə bağlı İran xarici işlər nazirinin müavini Əli Baqiriyə başsağlığı verib.
Aleksandr Şallenberqin göndərdiyi başsağlığı mesajında aşağıdakı ifadələr yer alıb:
“Avstriya hökumətinin nümayəndəsi kimi prezident İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahianın vəfatı ilə bağlı başsağlığı verirəm. Mən helikopter qəzasında həyatını itirənlərin yaxınlarına da başsağlığı verirəm”.