"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, Suriyanın paytaxtı Şam ətrafında Həzrət Zeynəbin (s) məqbərəsində Suriyadan olan siyasi və hərbi xadimlərlə yanaşı, Livan, İraq və Fələstindəki müqavimət hərəkatı qruplarının nümayəndələrinin də iştirak etdiyi anım mərasimi keçirilib.
Hizbullah nümayəndəsi Şeyx Əkrəm Dayab İran prezidenti və xarici işlər nazirinin müqavimət oxuna verdiyi dəstəyə toxunaraq deyib: "İran İslam Respublikası regionda müqaviməti dəstəkləməyə davam edəcək."
İslami Cihad hərəkatının əlaqələr rəhbəri Əbu Mücahid də prezident və xarici işlər nazirinin bütün beynəlxalq forumlarda və Əqsa tufanı əməliyyatında Fələstin xalqının müdafiəsi və dəstəklənməsi istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Mərasimə qatılanlar bu böyük faciədən kədərləndiklərini, İran xalqı və hökuməti ilə həmrəy olduqlarını bildiriblər.
Cümə axşamı Tailand İslam Mərkəzində İranın Tailanddakı səfiri Nasirəddin Heydərinin iştirakı ilə anım mərasimi keçirilib.
O, xarici işlər naziri Əmir Abdullahian üçün anım mərasimi keçirəcəyini açıqlayıb.
O bildirib ki, anma mərasimi mayın 30-da yerli vaxtla saat 10:00-da BMT Baş Assambleyasında keçiriləcək.
Prezident İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin cümə imamı Ayətullah Məhəmməd Əli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, prezidentin təhlükəsizlik komandasının komandiri, iki pilot və bir uçuş heyəti Təbrizə qayıdırdılar. Bazar günü Şərqi Azərbaycan vilayətində Qızqalası sərhəd keçid məntəqəsinin açılışı zamanı helikopter qəzası nəticəsində həyatını itirib.
Cümə axşamı Kəşmirdə minlərlə insan prezidentə ehtiramlarını bildirmək üçün küçələrə çıxıb.
4218059