Lazzarini X sosial media hesabındakı paylaşımında bunları deyib: "UNRWA-nın Rəfahdakı sığınacaqları boşaldıldı və 2 milyondan çox insan təhlükəsiz sığınacaq tapmaq üçün evlərini tərk etdi. UNRWA Rəfahda səhiyyə və digər əsas və həyati xidmətləri dayandırmağa məcbur oldu".
UNRWA-nın prezidenti Filip Lazzarini paylaşımında bunları da qeyd edib: “UNRWA qrupları 1,7 milyon insanın yaşadığı Qəzza zolağının cənubunda yerləşən “Xan Yunis” şəhərindən və onun mərkəzi bölgələrində xidmətlər göstərməyə davam edir”.