Konqresdə çıxış edən Boric, 1948-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyası çərçivəsində İsrailə qarşı açılan davaya müdaxilə edəcəklərini açıqlayıb.
İsrail ordusunun Qəzza zolağında heç bir fərq qoymadan günahsız mülki insanları hədəf aldığını ifadə edən Boric, "bu gün bir şey ifadə etməyi özümə borc bilirəm. Qəzzada baş verənlərə qəzəbimizi ifadə etməkdən heç vaxt əl çəkməyəcəyik. Başda qadın və uşaqlar olmaqla günahsız vətəndaşlar, İsrail ordusunun hücumlarında həyatını itirir. 35 mindən çox adam öldürüldü" dedi.
Qəzzada humanitar fəlakət olduğunu vurğulayan Boric, "Qəzzanın infrastrukturu tamamilə məhv edilib. Artıq beynəlxalq ictimaiyyətin sərt reaksiya verməsinin vaxtıdır. Sizə bildirmək istərdim ki, biz soyqırım konvensiyasının pozulması səbəbi ilə BƏƏ-də İsrailə qarşı qaldırılan işə müdaxilə edəcəyik".