Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək İsrailin Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsinə hücumunu pisləyib.
Nazirlikdən verilən açıqlamada İsrailin Nüseyrat qaçqın düşərgəsinə hücumu ilə Qəzzada törətdiyi hərbi cinayətlərə bir yenisini əlavə etdiyi vurğulanıb.
Tam bəyanat belədir:
"İsrailin Qəzzada yüzlərlə mülki fələstinlinin ölümünə səbəb olan Nuseyrat qaçqın düşərgəsinə hücumunu pisləyirik".
İsrail bu son vəhşi hücumu ilə Qəzzada törətdiyi hərbi cinayətlərə bir yenisini əlavə etdi.
Biz 1948-ci il Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunan İsrailin bu cinayətləri törətməsinə mane olma üçün beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumları, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını öz öhdəliklərini yerinə yetirməyə çağırırıq".