"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, İsrail əsgərlərinin yayımladığı videoya görə, işğalçı ordu qüvvələri Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfində yerləşən məscidi yeməkxanaya çevirib.
Bu klipdə görünür ki, məscidin içərisində əsgərlərin müxtəlif yeməklər qoyduğu böyük stollar var. Bu klipdə məscidin yaxınlığındakı keçidin içərisində İsrail rejiminin hərbi maşınlarının olması da göstərilir.
Sionist orduda çalışan bir qadın amerikalı əsgər Rəfah keçidindəki bu məscidin içindən İsrail əsgərlərinin məscidin divarlarına təhqiramiz sözlər yazdığını göstərən şəkillər dərc edib.
Müharibə başlayandan bəri Rəfah keçidi humanitar yardım və Qəzza zolağından çıxmaq istəyən xəstələrin, ikili vətəndaşların və fələstinlilərin çıxışı üçün əsas keçid olub.
2023-cü il oktyabrın 7-də İsrail rejiminin Qəzza zolağına amansız hücumları başlayandan bəri bu hücumlar nəticəsində Qəzza zolağında yüzlərlə məscid və bir neçə kilsə tamamilə dağıdılıb.
4221385